SPORTAZE » DİGƏR » AMADA rəsmiləri Lozanna Universitetində tədbirə qatılıblar

AMADA rəsmiləri Lozanna Universitetində tədbirə qatılıblar

14 mart 2024-cü il tarixində İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) cari il üçün “Workshop”u təşkil olunub. 

Sportaze.az xəbər verir ki, Lozanna Universitetində keçirilən tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.   

Qlobal antidopinq səylərinin inkişafına yönəlmiş tədbirin plenar sessiyalarında İdmançının Bioloji Pasportu, onun tarixi konteksti və son nailiyyətləri müzakirə olunub. Həmçinin idmançıların rifahı, EPO test strategiyaları, hüquqi aspektlər, testetmə, qeyri-ixtiyari dopinq, təhsil və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.

Tədbirin gündəliyinə dərman vasitələrinin elektron yoxlanış alətləri, məlumat toplanması və təhqiqat üsullarının hazırlanması kimi mövzular da daxil edilib.

Habelə tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, təmiz idmanın və dopinqlə mübarizənin təşviqində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradıb. 

 

 


Bənzər xəbərlər

0 Avropa Olimpiya Təsnifat turniri: İlk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək

Avropa Olimpiya Təsnifat turniri: İlk gündə Azərbaycanın 4

personAdmin 05-04-24, 09:42

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək. Sportaze.az saytının məlumatına görə, ilk...

0 Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya verib

Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya

personAdmin 03-01-24, 12:49

Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib. Sportaze.az ACF-nin mətbuat...

0 Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar

Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar

personAdmin 17-03-24, 18:49

Azərbaycan batutçuları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində...

menu
menu