Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir.
Azərbaycan Taekvondo Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, 58 kiloqram çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.
Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.
Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine Open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq idmançımızın ”Paris-2024”ə daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan D.Dağdelenlə sınaq döyüşləri də keçirilir.
Qeyd edək ki, Qaşım Maqomedov Fransa paytaxtına avqustun 2-də yollanacaq.
Bənzər xəbərlər
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
personAdmin 15-05-24, 11:28Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçirilib. Sportaze.az saytının məlumatına görə, kişilərin...
Azərbaycan gimnastika millisi təlim-məşq toplanışı üçün
personAdmin 13-03-24, 10:30Bədii gimnastika üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün İtaliyanın Milan şəhərinə yollanıb. Sportaze.az...
Azərbaycanın 12 güləşçisi reytinq turnirində çıxış edəcək
personAdmin 03-06-24, 17:46İyunun 6-9-u aralığında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində Azərbaycanın 12 güləşçisi...





