Paris-2024: Cüdoçumuz Elcan Hacıyev 1/8 finalda məğlub olub
Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.
Sportaze.az xəbər verir ki, bu gün daha iki çəkidə mükafatçılar müəyyənləşəcək.
Azərbaycan kişilərin mübarizəsində təmsil olunub. Elcan Hacıyev 90 kq çəkidə qüvvəsini sınayıb və 1/8 finalda mübarizəni dayandırıb.
Elcan Hacıyev Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa çempionumuzun ilk rəqibi Mihael Zqanq (Türkiyə) olub. Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb. Təəssüf ki, idmançımız ardınca Maksim Qael Ambuya (Fransa) məğlub olaraq, Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.
Bənzər xəbərlər
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış
personAdmin 07-03-24, 12:43Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Sportaze.az-ın məlumatına görə, tədbir Milli...
Azərbaycan güləşçiləri “Zaqreb Open” turnirinin ilk gününü
personAdmin 11-01-24, 08:05Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin daha bir üzvü bürünc...
Avropa Olimpiya Təsnifat turniri: İlk gündə Azərbaycanın 4
personAdmin 05-04-24, 09:42Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək. Sportaze.az saytının məlumatına görə, ilk...





