DataLife Engine / Paris-2024: Cüdoçumuz Elcan Hacıyev 1/8 finalda məğlub olub

Paris-2024: Cüdoçumuz Elcan Hacıyev 1/8 finalda məğlub olub

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

Sportaze.az xəbər verir ki, bu gün daha iki çəkidə mükafatçılar müəyyənləşəcək.

Azərbaycan kişilərin mübarizəsində təmsil olunub. Elcan Hacıyev 90 kq çəkidə qüvvəsini sınayıb və 1/8 finalda mübarizəni dayandırıb.

Elcan Hacıyev Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa çempionumuzun ilk rəqibi Mihael Zqanq (Türkiyə) olub. Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb. Təəssüf ki, idmançımız ardınca Maksim Qael Ambuya (Fransa) məğlub olaraq, Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.


31-07-2024, 14:47
Вернуться назад