Xankəndi-Bakı ultra marafonuna start verilib
İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonuna start verilib.
Sportaze.az xəbər verir ki, yarışdan öncə açılış mərasimi keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bildirib ki, Xankəndidə belə bir marafon təşkil etmək böyük şərəfdir.
Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov Xankəndidə tarixi ana şahidlik etdiklərini vurğulayıb. Azərbaycanda ilk dəfə beynəlxalq ultra marafon təşkil olunduğunu xatırladan nazirlik rəsmisi bu münasibətlə hər kəsi təbrik edib: "Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin".
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra marafona start verilib. Yarışın iştirakçıları 380 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
“Qürurla irəli” şüarı ilə təşkil olunan ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları bu il qazanılan medalların sayına
personAdmin 24-12-23, 12:44Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutublar....
Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya
personAdmin 03-01-24, 12:49Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib. Sportaze.az ACF-nin mətbuat...
Formula 1 Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat
personAdmin 05-04-24, 11:45Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat...





