Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib
Bakıda keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, kişilər arasında Nikita Simonov halqalar, İvan Tixonov 6 alətin hər birində, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, dəstəli at və paralel qollar, Mənsum Səfərov isə dayaqlı tullanma və turnikdə bacarıqlarını nümayiş etdirəcəklər.
Qadınlar arasında isə Nazənin Teymurova 4 alətin hər birində, Samirə Qəhrəmanova gimnastika tiri və sərbəst hərəkətlərdə mübarizə aparacaq.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 70 ölkədən idmançıların iştirakı gözlənilir. Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq idman gimnastikası üzrə Dünya Kuboku martın 7-10-da baş tutacaq.
Bənzər xəbərlər
Paris-2024: Azərbaycan cüdoçusu ciddi zədə alıb,
personAdmin 31-07-24, 15:29Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü...
Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal
personAdmin 04-03-24, 14:54Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən turnirdə...
Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib
personAdmin 04-01-24, 23:59Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinın sayı açıqlanıb. Sportaze.az Gənclər və İdman...





