Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatı başlayıb
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) Formula 1 üzrə Azərbaycan Qran-Prisinin marşal qeydiyyatı proqramına start verib.
BŞH-in mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs proqrama qoşula bilər.
Proqrama cəlb ediləcək marşallar Qran-Prinin əvəzolunmaz bir parçası olmaq, eyni zamanda, yarış həyəcanını trekə ən yaxın məsafədən yaşamaq imkanı qazanacaqlar.
Yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Bu lisenziya marşallara təkcə Azərbaycanda deyil, Formula 1 üzrə Qran-Pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə də qatılmaq hüququ verəcək.
Bənzər xəbərlər
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat
personAdmin 24-04-24, 14:52Azərbaycanın iki idmançısı Macarıstanın Seqed şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat...
Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub
personAdmin 06-08-24, 21:37Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız...
Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı
personAdmin 24-01-24, 17:07Qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri yanvarın 24-də Azərbaycan...





