SPORTAZE » VOLEYBOL » Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Sportaze.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib.

İlk set 25:13 hesabı ilə "Azərreyl"in xeyrinə başa çatıb. "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Qeyd edək ki, dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.


Bənzər xəbərlər

0 "Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb

"Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə

personAdmin 08-03-24, 18:33

“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb....

0 "Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının "Kids Volleyball" layihəsini uğurla icra edir

"Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının

personAdmin 30-06-24, 15:41

Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi "Kids Volleyball" layihəsinin bölgələrdə inkişaf...

0 "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb

"Gəncə" klubu yeni məşqçi ilə anlaşıb

personAdmin 25-06-24, 11:30

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb. Bu barədə Sportaze.az saytına bölgə...

menu
menu