SPORTAZE » VOLEYBOL » Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb

Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb

Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib.

Sportaze.az xəbər verir ki, matçların ikisi Bakıda, digəri isə Gəncədə baş tutub.

“Gəncə” doğma meydanda UNEC-i qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün növbəti görüşündə “Abşeron” və “Milli Aviasiya Akademiyası” kollektivləri üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda birincilər 3:0 hesabı ilə qələbə qazanıb.

Turun son matçı eyni məkanda “Murov Az Terminal” və “Azərreyl” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “dəmiryolçular” 3:1 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.

Bu nəticələrdən sonra "Azərreyl" 45 xalla turnir cədvəlinə başçılıq edir. "Abşeron" 39 xalla ikinci, 37 xallı "Murov Az Terminal" isə üçüncü pillədə qərarlaşıb.


Bənzər xəbərlər

0 Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb

Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb

personAdmin 09-01-24, 16:49

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional...

0 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının

personAdmin 23-04-24, 18:47

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib. Sportaze.az saytının məlumatına görə, Bakı...

0 Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II

personAdmin 22-01-24, 13:38

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib. Sportaze.az xəbər...

menu
menu