SPORTAZE » DİGƏR » AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib.

Sportaze.az xəbər verir ki, toplantıda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Plenar və qapalı iclaslarda keçirilən tədbirdə antidopinq təşəbbüsləri ilə bağlı müxtəlif institusional, inzibati, əməkdaşlıq və monitorinq məsələləri müzakirə olunub.

Gündəliyin əsas məsələlərinə 57-ci iclasın hesabatının təsdiqi, imzalar və ratifikasiyalar haqqında Katibliyin yenilənməsi, 2024-2027-ci illər üçün T-DO strategiyasının və əməliyyat proqramının qəbulu daxil edilib. Həmçinin fitnes mərkəzləri və idman zalları ilə bağlı antidopinq tədbirləri, xarici tərəfdaşlarla əməkdaşlıq və iştirakçı dövlətlərdəki son yeniliklər müzakirə olunub.

Uşaq hüquqları və antidopinqlə bağlı müzakirələr zamanı antidopinq prosesində iştirak edən uşaqların dəstəklənməsi, maarifləndirilməsi, qorunması, dopinq testlərdən keçirilməsi və ədalətli dinləmənin təmin edilməsinin vacibliyi vurğulanıb. Digər sessiyada Ümumdünya Antidopinq Proqramının yenilənməsində T-DO-nun rolu müzakirə edilib.

Ümumilikdə iclasın məqsədi Antidopinq Konvensiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, problemlərin həlli və antidopinq səylərinin gücləndirilməsi olub. Tədbir növbəti iclasın tarixlərinin və digər məsələlərin müzakirəsi ilə başa çatıb.


Bənzər xəbərlər

0 Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya verib

Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya

personAdmin 03-01-24, 12:49

Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib. Sportaze.az ACF-nin mətbuat...

0 Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarında 43-cü olub

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay

personAdmin 31-07-24, 14:57

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib....

0 Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib

Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək

personAdmin 25-07-24, 17:20

Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək üç ən yaxşı komandanı fərqləndirib....

menu
menu