"Sabah" - "Makkabi" oyununa 4500 bilet satılıb
"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Sportaze.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Sözügedən qarşılaşmaya 4500 bilet satılıb.
Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.
Bənzər xəbərlər
200-cü sülh
personAdmin 23-01-24, 15:01“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi...
Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək
personAdmin 01-04-24, 10:07Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək. Sportaze.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən...
UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib
personAdmin 04-04-24, 15:22UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib. Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam...





