SPORTAZE » VOLEYBOL » Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq

Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək.

Sportaze.az xəbər verir ki, AVF bu dəfə “Aşağı yaş qrupu məşqçilərinin inkişaf” seminarını təşkil edəcək.

Davamlı olaraq keçiriləcək seminar ilk dəfə martın 28-də və 29-da Gəncədə baş tutacaq. Burada Bakıda və bölgələrdə fəaliyyət göstərən 40-a yaxın məşqçi-müəllim iştirak edəcək. Seminar nəzəri və praktik dərslərdən ibarət olacaq.

Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək.

Qeyd edək ki, seminara qatılan hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuracaq məşqçilər AVF-nin keçirəcəyi "Level" kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.


Bənzər xəbərlər

0 "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar

personAdmin 30-03-24, 12:09

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı”...

0 “Gəncə” klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub

“Gəncə” klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov

personAdmin 06-03-24, 12:50

“Gəncə” voleybol klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub. Sportaze.az xəbər verir...

0 Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb

Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb

personAdmin 26-03-24, 23:13

Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib. Sportaze.az xəbər verir ki, matçların ikisi...

menu
menu