SPORTAZE » FUTBOL » “Bayer 04”ün futbolçusu “Qarabağ”la oyunu dramatik adlandırıb

“Bayer 04”ün futbolçusu “Qarabağ”la oyunu dramatik adlandırıb

Dramatik oyun oldu.

Sportaze.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Qranit Caka “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü barədə danışarkən deyib.

İsveçrəli yarımmüdafiəçi ilk iki qolu buraxmalarına baxmayaraq, həvəsdən düşmədiklərini bildirib: “Qarabağ” azlıqda olarkən bizə qol vurdu. Say üstünlüyünə malik olan komanda 0:2 hesabı ilə geri düşməməlidir, ancaq bunu biz yaşadıq. Adətən futbolçular iki top fərqi ilə geri olduqları zaman həvəsdən düşür, oyunun onlar üçün bitdiyini fikirləşirlər. 70-ci dəqiqədən sonra hesabı 3:2-yə çatdırmağımız bir daha əhval-ruhiyyəmizin və mentalitetimizin inanılmaz olduğunu göstərir. Bu, qeyri-adi qələbədir”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.


Bənzər xəbərlər

0 FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir

personAdmin 12-01-24, 10:57

FIFA “FIFA series” adlanan yeni layihəyə start verir. Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,...

0 Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə əlamətdar olub

Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə

personAdmin 22-12-23, 14:33

“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb. Sportaze.az Peşəkar...

0 "Turan Tovuz"un futbolçusu əməliyyat olunub

"Turan Tovuz"un futbolçusu əməliyyat olunub

personAdmin 24-12-24, 14:48

"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub. Sportaze Tovuz təmsilçisinə istinadla xəbər...

menu
menu