SPORTAZE » FUTBOL » Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək

Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək

Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

Sportaze.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda çıxış edəcək.

Azərbaycan millisi B liqasında mübarizə aparacaq. Yığmamız püşkatma zamanı 4-cü - sonuncu səbətdə yer alacaq.

B liqasının səbətləri:

1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels

2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan

3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə

4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan

Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.


Bənzər xəbərlər

0 “Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb

“Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb

personAdmin 11-03-24, 12:18

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniya “Bayer 04”ü öz rekordunu təkrarlayıb....

0 “Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

personAdmin 05-03-24, 11:02

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu...

0 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub

"Qarabağ"ın U-14 komandası Minskdə keçirilən

personAdmin 21-03-24, 21:45

"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq...

menu
menu