SPORTAZE » DİGƏR » "Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb

"Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin iki üzvü bürünc medal qazanıb.

Sportaze.az xəbər verir ki, yarışın ilk günündə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə Puerto-Riko təmsilçisi Jozef Silvaya 4:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Eyni çəkidə Nürəddin Novruzov israilli Daniel Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Millinin bu gün çıxış edən digər üzvləri Cəbrayıl Qadjiyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) isə etimadı doğrulda bilməyiblər.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycan ümumilikdə 26 güləşçi ilə təmsil olunur.

Bənzər xəbərlər

0 Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr

personAdmin 24-12-24, 15:05

Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti,...

0 Azərbaycan boksçuları Millətlər Kubokunda 7 medal qazanıblar

Azərbaycan boksçuları Millətlər Kubokunda 7 medal qazanıblar

personAdmin 22-01-24, 11:32

Azərbaycan millisi Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda 7 medal...

0 Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa vurub

Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa

personAdmin 06-08-24, 22:26

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü...

menu
menu