SPORTAZE » DİGƏR » Ötən ay ölkəmizi beynəlxlaq yarışlarda uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüş olub

Ötən ay ölkəmizi beynəlxlaq yarışlarda uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüş olub

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Sportaze.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Ardınca Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası, tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo, karate, para-atletika, paracüdo, parataekvondo, savat və prokombat, taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.


Bənzər xəbərlər

0 Ölkəmizi "Azerbaijan International 2024”də təmsil edəcək badmintonçular müəyyənləşib

Ölkəmizi "Azerbaijan International 2024”də təmsil

personAdmin 31-01-24, 17:47

Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Azerbaijan International 2024” beynəlxalq turniri üçün heyəti...

0 Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024”

personAdmin 01-03-24, 12:26

Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil...

0 Ötən il Azərbaycan Stronqmen Federasiyasının idmançıları 41 medal qazanıblar

Ötən il Azərbaycan Stronqmen Federasiyasının idmançıları 41

personAdmin 26-01-24, 19:36

Azərbaycan Stronqmen Federasiyasının 2023-cü ilin yekunlarına həsr olunmuş iclası keçirilib. Sportaze.az xəbər verir...

menu
menu