SPORTAZE » DİGƏR » Azərbaycanın 12 güləşçisi reytinq turnirində çıxış edəcək

Azərbaycanın 12 güləşçisi reytinq turnirində çıxış edəcək

İyunun 6-9-u aralığında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində Azərbaycanın 12 güləşçisi mübarizə aparacaq.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edəcəklər.

Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq), Sənan Süleymanov (77 kq) və Beka Kandelaki (130 kq) mübarizə aparacaq. Zədə səbəbindən Rafiq Hüseynovla (87 kq) Sabah Şəriəti (130 kq) reytinq turnirində iştirak etməyəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək. İlk yarış günündə Əliabbas, Hacı, Maqomedxan və Giorgi xalça üzərinə çıxacaq. Növbəti gün Turan çıxış edəcək. İyunun 8-də Nihat, Murad və Beka mübarizə aparacaq. Son yarış günündə isə Eldəniz, Ülvü, Həsrət və Sənan güləşəcək.

Macarıstanda II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.


Bənzər xəbərlər

0 Bakıda yeni MMA zalı istifadəyə verilib

Bakıda yeni MMA zalı istifadəyə verilib

personAdmin 10-01-24, 12:39

Heydər Əliyev adına İdman-Konsert Kompleksində MMA zalı istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat...

0 Ölkəmizi "Azerbaijan International 2024”də təmsil edəcək badmintonçular müəyyənləşib

Ölkəmizi "Azerbaijan International 2024”də təmsil

personAdmin 31-01-24, 17:47

Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Azerbaijan International 2024” beynəlxalq turniri üçün heyəti...

0 Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs

personAdmin 18-01-24, 17:13

Litva Respublikası Milli İdman Agentliyinin dəvətinə əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi...

menu
menu