SPORTAZE » DİGƏR » Azərbaycanda “Ədalətli idman həftəsi” başlayır

Azərbaycanda “Ədalətli idman həftəsi” başlayır

Ümumdünya Antidopinq Agentliyi (WADA) aprelin 19-nu dünyada Ədalətli İdman Günü elan edib.

Azərbaycan Milli Antidopinq Agentliyindən Sportaze.az saytına verilən məlumata görə, təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

WADA-nın təşəbbüsünə qoşulan AMADA-da da 2024-cü il aprelin 15-21-ni əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayır.

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliği üçün çağırış edib.

“Ədalətli idman həftəsi” ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirlərini əks etdirən videoçarxlar, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İnsanlar bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biləcəklər.

WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il aprelin 19-na təsadüf edir. Artıq on ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.


Bənzər xəbərlər

0 Millimiz Avropa çempionatına hazırlıq üçün Çorum və Ankaranı seçib

Millimiz Avropa çempionatına hazırlıq üçün Çorum və

personAdmin 07-01-24, 14:02

Ağırlıqqaldırma üzrə yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına yollanıblar. Sportaze.az Azərbaycan Ağır...

0 Azərbaycan cüdoçularının 2023-cü ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2023-cü ildə qazandıqları medal

personAdmin 29-12-23, 12:38

Azərbaycan cüdoçularının 2023-cü ildə qazandıqları medal sayı açıqlanıb. Sportaze.az Azərbaycan Cüdo Federasiyasının...

0 AMADA rəsmiləri Avropa Şurasının Təhsil üzrə Məsləhətçi Qrupunun iclasında iştirak ediblər

AMADA rəsmiləri Avropa Şurasının Təhsil üzrə Məsləhətçi

personAdmin 31-05-24, 11:29

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə...

menu
menu