Azərbaycanın FIFA referisi təyinat alıb
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.
Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını maltalı Yoanna Vassallo yerinə yetirəcək.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunun oyunu aprelin 5-də Monteneqronun paytaxtı Podqoritsada, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının
personAdmin 30-01-24, 11:56Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları...
"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib
personAdmin 29-03-24, 18:31Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib. Sportaze.az saytının məlumatına görə, sonuncu dövrənin ilk...
"Qəbələ" İdman Klubu baş meneceri ilə yollarını
personAdmin 30-01-24, 13:14"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, 2021-ci ilin...





