SPORTAZE » FUTBOL » “Qarabağ” klubu “Zirə”yə qalib gəlib

“Qarabağ” klubu “Zirə”yə qalib gəlib

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Sportaze.az xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb.

Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan “Zirə”ni qəbul edib. Qarşılaşmada hesabı 43-cü dəqiqədə meydan sahibləri açıblar. “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. 77-ci dəqiqədə bu dəfə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib.

İki dəqiqə sonra qonaqlar ümidləniblər. “Zirə”nin yeni transferi Sezar Meza Kolli adını tabloya yazdırıb. Lakin qəsəbə təmsilçisinin ümidinin üstündən cəmi iki dəqiqə sonra Adama Diakabi xətt çəkib.

Beləliklə, 3:1 hesablı qələbə qazanan “Qarabağ” çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi “Sumqayıt”ı 24 xal qabaqlayır.

Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni (2:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı (2:0) evdə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXVII turun matçları 15-17 mart aralığında keçiriləcək.


Bənzər xəbərlər

0 Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu qazanıb

Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu

personAdmin 30-03-24, 14:32

Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Sportaze.az Peşəkar Futbol...

0 Azərbaycan millisi Belarus və Rusiya yığmaları ilə üz-üzə gələcək

Azərbaycan millisi Belarus və Rusiya yığmaları ilə üz-üzə

personAdmin 05-02-24, 14:19

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun...

menu
menu