SPORTAZE » VOLEYBOL » Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.

AVF-nin mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.

Cəfərov Fransada yerli "Neptunes Nantes" və İtaliyanın "İgor Gorgonzola Novara" klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.

Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaq. Matç fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Bənzər xəbərlər

0 "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar

personAdmin 30-03-24, 12:09

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı”...

0 Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb

Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya

personAdmin 09-01-24, 10:13

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında...

0 "Gəncə" voleybol klubu "Seçim günü"ndə iştirak edib

"Gəncə" voleybol klubu "Seçim günü"ndə

personAdmin 01-07-24, 15:50

Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam...

menu
menu