200-cü sülh
“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.
Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib.
“Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.
“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.
Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.
Bənzər xəbərlər
"Sabah" - "Makkabi" oyununa 4500 bilet
personAdmin 30-07-24, 13:33"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II...
"Qəbələ" İdman Klubu baş meneceri ilə yollarını
personAdmin 30-01-24, 13:14"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, 2021-ci ilin...
“Qarabağ”ın futbolçusu Polşa klubuna keçəcək
personAdmin 18-01-24, 16:39“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır. Sportaze.az Polşa mətbuatına...





