SPORTAZE » FUTBOL » "Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb

"Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb

"Araz-Naxçıvan" komandası üç futzalçı ilə yollarını ayırıb.

Sportaze.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis Erik Dannilo, Xətai Bağırov və İsa Atayevin komandadan ayrıldığını söyləyib: "Onlara karyeralarında uğurlar arzulayırıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik".

Baş məşqçi heyətlə bağlı dəyişikliklərin olacağını diqqətə çatdırıb: "Bu boşluqları doldurmalıyıq. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.

Borisov yanvarın 12-də hazırlığa başlayacaqlarını söyləyib: "2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq".

Qeyd edək ki, qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” ən yaxın izləyicisini cəmi 2 xal qabaqlayır. Keçirdiyi 10 oyunun 8-də qələbə qazanan “qırmızı-ağlar” digər iki matçın birində yenilib, birində isə heç-heçə edib.


Bənzər xəbərlər

0 2023/2024-cü il mövsümünün ilk yarısında ən çox qol vurulmuş qarşılaşmalar bəlli olub

2023/2024-cü il mövsümünün ilk yarısında ən çox qol

personAdmin 08-01-24, 11:07

2023/2024-cü il mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə kubokunda ən çox qol vurulmuş...

0 "Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub

"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda

personAdmin 13-01-24, 18:53

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib....

0 Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru təyinat

personAdmin 02-12-24, 14:36

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb. Sportaze.az Futzal...

menu
menu