DataLife Engine / Yaponiya millisinin 11 oyunluq qələbə seriyası qırılıb

Yaponiya millisinin 11 oyunluq qələbə seriyası qırılıb

Futbol üzrə Yaponiya millisinin 11 oyunluq qələbə seriyasına son qoyulub.

Sportaze.az xəbər verir ki, bu, Asiya Kubokunda İraqa qarşı keçirilən oyunda baş verib.

D qrupunun II turunda reallaşan görüşdə iraqlılar sensasiyaya imza ataraq, 2:1 hesablı qələbə qazanıblar. Bu nəticə ilə xallarının sayını 6-ya yüksəldən İraq qrup liderliyini ələ keçirib. Yaponiyanın isə hesabında 3 xal var.

Qeyd edək ki, Yaponiya qrupda son oyununu yanvarın 24-də İndoneziyaya qarşı keçirəcək.


19-01-2024, 18:08
Вернуться назад