DataLife Engine / “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub

“Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq "Turan Tovuz" komandasının yoxlama görüşlərindəki rəqibləri bəlli olub.

Sportaze.az kluba istinadla xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlıq keçəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa yanvar 9-da çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Hazırlıq çərçivəsində növbəti oyunlar isə yanvarın 15-də reallaşacaq. Həmin gün baş məşqçi Ayxan Abbasov komandasını iki görüşdə sınaqdan keçirəcək. Günün ilk oyununda komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

2-01-2024, 18:04
Вернуться назад