DataLife Engine / "Turan Tovuz"un futbolçusu əməliyyat olunub

"Turan Tovuz"un futbolçusu əməliyyat olunub

"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.

Sportaze Tovuz təmsilçisinə istinadla xəbər verir ki, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.

İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.


24-12-2024, 14:48
Вернуться назад