DataLife Engine / Paris-2024: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala vəsiqə qazanıb

Paris-2024: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Sportaze.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu bu raundda İsrail təmsilçisi Peter Palçiklə qarşılaşıb.

Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.


1-08-2024, 14:37
Вернуться назад