DataLife Engine / Serbiyalı tennisçi Novak Cokoviç Paris Olimpiadasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Serbiyalı tennisçi Novak Cokoviç Paris Olimpiadasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.

Sportaze.az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi Dominik Kyopferlə üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (7:5, 6:3). O, 1/4 finalda yunanıstanlı Stefanos Tsitsipasla görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


31-07-2024, 15:52
Вернуться назад