DataLife Engine / Paris-2024: Beşinci günün gündəliyi

Paris-2024: Beşinci günün gündəliyi

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Sportaze.az xəbər verir ki, bu gün daha 11 dəst medal sahibini tapacaq.

Bununla da artıq başa çatan proqramların ümumi sayı 56-ya çatacaq. İlk dörd gündə 45 mükafat dəsti uğrunda yarış yekunlaşıb.

Azərbaycan millisi 5 yarışda təmsil olunacaq. Fərdi mübarizəyə qatılacaq 4 idmançımızla yanaşı, basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığmamız növbəti matçını keçirəcək.

Millimiz kimi avarçəkən Diana Dımçenko və badmintonçu Edi Reski Dviçayo da növbəti sınağına çıxacaq. Cüdoçu Elcan Hacıyevlə triatlonçu Rostislav Pevtsovun Parisdəki çıxışı da bu günə təsadüf edəcək.

31 iyul

12:00. Cüdo, kişilər, 90 kq

1/16 final

Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

 

12:25. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m

C/D yarımfinalı

Diana Dımçenko

 

18:30. Badminton, kişilər, fərdi

Qrup mərhələsi, III tur

Anders Antonsen (Danimarka) - Edi Reski Dviçayo

 

23:30. Basketbol 3x3, qadınlar

ABŞ – Azərbaycan


31-07-2024, 09:44
Вернуться назад