DataLife Engine / "Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

"Şamaxı" klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.

Sportaze.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq.

Oyun iyulun 26-da, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.


24-07-2024, 17:16
Вернуться назад