DataLife Engine / Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu adını qazanıb

Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu adını qazanıb

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə dünya çempionu olub.

Milli Paralimpiya Komitəsindən Sportaze.az saytına verilən məlumata görə, bu, paralimpiyaçımızın ilk dünya çempionluğudur.

Qeyd edək ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb. Dünən isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


21-05-2024, 10:49
Вернуться назад