İyunun 8-də Azərbaycan MMA və Qraplinq Federasiyası və ASED FC liqasının təşkilatçılığı ilə "Sərhədçi" İdman Kompleksində “AFC-14” turniri keçiriləcək.
Liqadan Sportaze.az saytına verilən məlumata görə, turnir çərçivəsində 16 döyüş keçiriləcək.
Turnirinin əsas döyüşü Emin Həmidli və Canbala Məlikov arasında baş tutacaq. E.Həmidli qalib gələcəyi təqdirdə “Selection” titulunu qorumaq üçün mübarizəyə çıxacaq. C.Məlikov üçün isə kəməri qazanmaq şansi yaranacaq.