DataLife Engine / Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Sportaze.az xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.

Matçı İngiltərədən olan referi Kirsti Doul idarə edəcək.

Qrupun digər qarşılaşmasında İsveçrə və Türkiyə yığmaları üz-üzə gələcəklər. Oyunun start fiti 21:00-da çalınacaq.


5-04-2024, 10:16
Вернуться назад