DataLife Engine / UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazandığına və 1/8 final mərhələsinə yüksəldiyinə görə 1,700,000 (bir milyon yeddi yüz min) avro verilib.

Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


4-04-2024, 15:22
Вернуться назад