DataLife Engine / "Neftçi" klubu Azərbaycan Kubokunda antirekorda imza atıb

"Neftçi" klubu Azərbaycan Kubokunda antirekorda imza atıb

"Neftçi" Azərbaycan Kubokunda antirekorda imza atıb.

Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın yarımfinal mərhələsinin ilk matçında evdə "Qarabağ"a (0:4) uduzması ilə reallaşıb.

Paytaxt klubu turnirdə ən böyükhesablı məğlubiyyətini alıb. Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzub. "Ağ-qaralar" 2009/2010 mövsümündə “İnter”ə yenilib - 0:3.

“Neftçi” 14 mövsümdən sonra böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə 3 deyil, 4 top fərqi ilə uduzan paytaxt təmsilçisi antirekorda üzülüb.


4-04-2024, 12:22
Вернуться назад