DataLife Engine / "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı” seminarı başa çatıb.

Sportaze.az xəbər verir ki, iki gün davam edən seminarda “Gəncə” VK-nın aşağı yaş qruplarından ibarət komandalarının baş məşqçisi Mətanət Lətifova, məşqçi-müəllimlər Gülrux Məmmədova və İbrahim Məhərrəmov iştirak ediblər.

Nəzəri və praktik dərslərdən ibarət seminarı Beynəlxalq Voleybol Federasiyasının məşqçi-instruktoru Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçiblər.

İştirakçılara son illər voleybol qaydalarına tətbiq edilən dəyişiklik, sistem və taktiki yeniliklər, həmçinin bu idman növünə yeni başlayan uşaqlarla düzgün işləmə metodları və s. haqqında ətraflı məlumat verilib. 

Gəncə Olimpiya İdman Kompleksində praktik dərslərdə isə uşaqlarla fiziki və texniki məşqlər zamanı işləmə metodları göstərilib. 

Sonda bütün iştirakçılara AVF-nin keçirəcəyi “Level” kateqoriyalı seminarlarda   iştirak hüququ verən sertifikat təqdim olunub.

Seminara Bakı və regional voleybol klublarından 38 məşqçi-müəllim qatılıb.


30-03-2024, 12:09
Вернуться назад