DataLife Engine / Azərbaycanın parataekvondo yığması Özbəkistanda təlim-məşq toplanışına başlayıb

Azərbaycanın parataekvondo yığması Özbəkistanda təlim-məşq toplanışına başlayıb

Parataekvondo üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışına start verib.

Milli Paralimpiya Komitəsindən Sportaze.az saytına verilən məlumata görə, Monqolustan, Qazaxıstan və Özbəkistan yığmalarının da hazırlıq keçdiyi toplanışda yığmaya baş məşqçi Fərid Tağızadə ilə məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.

Hazırlıq prosesində Amin Əliyev (58 kiloqram), Sabir Zeynalov (58 kiloqram), Sadiq Həmidov (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Sərvan Məmmədli (80 kiloqram), Əbülfəz Abuzərli (80 kiloqram), Orxan Cəfərov (80+ kiloqram) və Şahmar Quliyev (80+ kiloqram) iştirak edir.


27-03-2024, 11:10
Вернуться назад