DataLife Engine / “Qarabağ” klubu dəqiq zərbə sayında 900 klub arasında 39-cu yerdədir

“Qarabağ” klubu dəqiq zərbə sayında 900 klub arasında 39-cu yerdədir

2023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb.

Sportaze.az saytının Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) istinadən məlumatına görə, 54 liqanın 900 klubu ilə bağlı aparılan araşdırma nəticəsində Azərbaycan təmsilçilərinin mövqeləri də müəyyənləşib.

Bu baxımdan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi hər matçda orta hesabla 5,81 dəqiq zərbə ilə yadda qalıb. Qurban Qurbanovun kollektivi bu baxımdan dünyanın 39-cu komandasıdır.

Azərbaycan Premyer Liqasının iştirakçıları arasında “Qarabağ”dan sonra ikinci sırada “Turan Tovuz” qərarlaşıb. Bölgə klubu orta hesabla hər görüşdə "çərçivə"yə 4,64 zərbə vurub.


13-03-2024, 15:45
Вернуться назад