DataLife Engine / Azərbaycan gimnastika millisi təlim-məşq toplanışı üçün Milana yollanıb

Azərbaycan gimnastika millisi təlim-məşq toplanışı üçün Milana yollanıb

Bədii gimnastika üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün İtaliyanın Milan şəhərinə yollanıb.

Sportaze.az saytı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandaya qurumun idman direktoru Natalya Bulanova, məşqçilər Siyana Vasileva və Yevgeniya Vilyayeva rəhbərlik edəcəklər.

Fərdi gimnastlar Mədinə Dəmirova, Alina Məmmədova, Leyli Ağazadə, eləcə də böyüklərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina hazırlıqda iştirak edəcəklər.


13-03-2024, 10:30
Вернуться назад