“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pillədə qərarlaşıb.
Sportaze.az xəbər verir ki, dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.
Bir ay əvvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyən Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 103-cü pilləyə qədər geriləyiblər. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə komandadır.