İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Sportaze.az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Şəhla Allahverdiyeva çıxıb. 66 kiloqram çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Mariana Soto Torres (İspaniya) ilə üz-üzə gəlib. Döyüş Ş.Allahverdiyevanın qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Bununla da ardıcıl ikinci qələbəsini qazanan Şəhla 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü döyüşünə martın 9-da çıxacaq.
Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kiloqram) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kiloqram) Bakari Hassanla (Keniya) döyüşəcək.