DataLife Engine / Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən “Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan idmançı Xorvatiya, Macarıstan və Avstriya təmsilçiləri ilə qrup mübarizəsindən lider kimi ayrılıb.

Ardınca Polşa və İsveçrə tennisçilərinə də qalib gələn O.Quluzadə finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.


26-02-2024, 10:52
Вернуться назад