DataLife Engine / Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirinin rəsmi posteri təqdim olunub

Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirinin rəsmi posteri təqdim olunub

Fevralın 16-18-də Milli Gimnastika Arenasında "Dünya Cüdo Turu" seriyasına daxil olan "Böyük dəbilqə" turniri keçiriləcək.

Sportaze.az saytı Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirak etməsi gözlənilir. 

Azərbaycan Cüdo Federasiyası bütün idman həvəskarlarını qeyd edilən tarixlərdə Milli Gimnastika Arenasına dəvət edir, dünyanın ən güclü cüdo ustalarının çıxışlarına tamaşa etməklə yanaşı, idmançılarımıza öz güclü azarkeş dəstəklərini verməyə çağırır.


31-01-2024, 15:42
Вернуться назад