DataLife Engine / Panama millisinin bombardiri Luis Tejada vəfat edib

Panama millisinin bombardiri Luis Tejada vəfat edib

Futbol üzrə Panama millisinin bombardiri Luis Tejada vəfat edib.

Sportaze.az xəbər verir ki, keçmiş oyunçu 41 yaşında dünyasını dəyişib.

Veteranların oyunu zamanı huşunu itirən Tejeda xəstəxanada vəfat edib.

Qeyd edək ki, o, Panama yığmasında 107 matçda 43 qola imza atıb. Keçmiş forvard 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatında da iştirak edib. Hücumçu son olaraq ölkəsində "Deportivo del Este" klubunun formasını geyinib.


29-01-2024, 18:22
Вернуться назад