DataLife Engine / Azərbaycan cüdoçuları Belçikada 4 medal qazanıblar

Azərbaycan cüdoçuları Belçikada 4 medal qazanıblar

Azərbaycan cüdoçuları Vise şəhərində keçirilmiş Belçika Açıq turnirində 4 medal qazanıblar.

Sportaze.az xəbər verir ki, bu barədə yığmanın məşqçisi Rüstəm Alimli məlumat verib.

O, İslam Rəhimovun (66 kq) qızıl, Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq) və Kənan Nəsibovun (+100 kq) bürünc mükafata sahib çıxdığını bildirib.

Qeyd edək ki, millimiz yarışda 12 idmançı ilə təmsil olunub.


29-01-2024, 15:18
Вернуться назад