Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Avropa Üzgüçülük Federasiyasının tədbirinə qatılıblar.
Sportaze.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın Afina şəhərində LEN-in hesabat-seçki konfransında iştirak edirlər.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə LEN-in gələcəkdə görüləcək işləri, digər yeniliklər və keçirilməsi nəzərdə tutulan yarışların təşkili məsələləri müzakirə olunacağı nəzərdə tutulub.