Yanvarın 28-də Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan MMA və Qraplinq Federasiyası və ASED FIGHTING CHAMPIONSHIP liqasının birgə təşkilatçılığı ilə “SELECTION -10” turniri keçiriləcək.
Sportaze.az saytı xəbər verir ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə 10 seçilmiş yari-peşəkar və 13 peşakar döyüş baş tutacaq.
Turnirin əsas döyüşlərində Türkmənistan idmançısı Ibragim Sarıyev ilə Əlişan Esedov, türki idmançı Salar Valizadeh ilə Elgün Bəndiyev, Kəmər uğrunda isə Fəxri Əliyev ilə Emin Həmidli qarşılaşacaqlar.