DataLife Engine / “Gəncə”nin basketbolçusu Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb

“Gəncə”nin basketbolçusu Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb

“Gəncə”nin basketbolçusu Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb.

Klubdan Sportaze.az saytına verilən məlumata görə, ABŞ-dan olan oyunçunun XI turda evdə “Xəzri”yə qarşı keçirilmiş matçda aldığı zədənin ciddi olduğu müəyyənləşib.

MRT müayinəsindən keçən Dulinqin dirsəyində sınıq aşkarlanıb. Bu səbəbdən amerikalı basketbolçu mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Oyunçunun müalicəsi vətənində aparılacaq.


25-01-2024, 13:46
Вернуться назад