DataLife Engine / Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq atıcılıq üzrə dünya kubokunda təmsil edəcəklər. 

Sportaze.az xəbər verir ki ,Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança ilə atəşaçma, 25 m məsafədən tapança ilə sürətli atəşaçma, Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança ilə atəşaçma, 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında, eyni zamanda Nigar Nəsirova və Ruslan Lunyov 10 m pnevmatik tapança qarışıq komanda yarışlarda iştirak edəcəklər. 

Qeyd edək ki, Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.


24-01-2024, 12:07
Вернуться назад