DataLife Engine / Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə idmançılarla görüşüb

Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə idmançılarla görüşüb

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.

Sportaze.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçirilən “Murov Az Terminal” - “Gəncə” qarşılaşmasından sonra baş tutan görüşdə Ş.Bağırov yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb,  onlara professional idmançı olmaq yolunda tövsiyələrini verib.

Məşqçi və mütəxəssislərlə də söhbət edən Ş.Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.


24-01-2024, 11:52
Вернуться назад